Ekvador Rusiya istehsalı olan avadanlıqların ABŞ-a tədarükü ilə bağlı qərarından geri çəkilib.
SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu bu Latın Amerikası ölkəsinin prezidenti Daniel Noboa ilə görüşdən sonra Rusiya səfiri Vladimir Sprinçan deyib.
…Səfir, cümə günü işgüzar görüş keçirdiklərini və son hadisələr zamanı yaranmış bəzi çətinlikləri vurğulayaraq, dövlətləri arasında mövcud ikitərəfli münasibətləri ətraflı müzakirə etdiklərini bildirib.
Sprinçanın sözlərinə görə, Noboa Ekvadorun neytral statusu və NATO-ya üzvlüyü nəzərə alınmaqla, Kitonun (ölkənin paytxtı-A.B) beynəlxalq münaqişəyə cəlb oluna bilməzliyini, ona görə də bəzi qərarlara yenidən baxması müdrik olaa biləcəyini diqqətə çatdırıb.
…Ekvadorun mövqeyi isti zonalara silah və sursat göndərmək deyil, münaqişələrin diplomatik vasitələrlə sülh yolu ilə həllinə töhfə verməkdir.
Bunu diplomat bildirib.
…Səfirdən, bunu Ekvadorun Rusiya avadanlıqlarını ABŞ-a ötürməyəcəyi anlamına gəlirmi sualına o, müsbət cavab verib. Sprinchan əlavə edib ki, bu, yalnız gələn həftə rəsmi olaraq məlum olacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB