Brüsseldə hökumət binalarında zəhərli toz tapılıb

Brüsseldə hökumət binalarında zəhərli toz tapılıb

…Polis Brüsseldəki bir neçə dövlət idarəsində zəhərli ağ toz brusin olan zərflər tapıb.

SİA-nın əldə etdiyi məlumata görə, “Politico” yazır ki, bu barədə cümə günü şəhər prokurorluğu məlumat yayıb.

Brüssel prokurorluğunun bəyanatında deyilir ki, zərflər cümə axşamı Ədliyyə Sarayında, Belçika ədliyyə nazirinin ofisində və dövlət təhlükəsizlik binasında da tapılıb. Tapıntı barədə polisə məlumat verilib və tozla təmasda olan hər kəs karantinə alınıb.

…Tozun təhlili göstərdi ki, o, yalnız udulduqda təhlükəli olan zəhərli brusindir.

Prokurorluğun sözçüsü Jasmina Vanoverşelde deyib bunu.

…Dəri təması heç bir təhlükə yaratmır. Belə ki, zəhərli maddə ilə təmasda olanların vəziyyəti hazırda yaxşıdır.

Qeyd edək ki, polis hələlik məktubları göndərənləri müəyyən etməyib.

Lakin prokurorlar məktubların son bir neçə gündə Brüsseldə baş verən atışmalarla heç bir əlaqəsi olmadığını bildiriblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə