İtaliyalı fermerlər Neapol küçələrində traktorlarla dövrə vurublar

İtaliyalı fermerlər Neapol küçələrində traktorlarla dövrə vurublar

İtaliyalı fermerlər Avropa İttifaqının (Aİ) kənd təsərrüfatı siyasətinə etiraz məqsədilə Neapolda aksiya keçirib.

SİA AƏRTAC-a istinadən xəbər verir ki, fermerlər təxminən 100 traktorla şəhərin mərkəzi küçələrində dövrə vurub. Nümayişçilər aqrar sektorda artan xərclərə, qiymət artımına, subsidiyaların azaldılması və vergi dərəcələrinin yüksəldilməsinə etiraz ediblər. Aksiya zamanı müxtəlif şüarlar səsləndirilib, plakatlar qaldırılıb.

İtaliyanın Baş naziri Ciorcia Meloni aqrar sektor nümayəndələrinin çətin dövr yaşadığını, müvafiq nazirliklər vasitəsilə əlavə dəstək mexanizmlərinin nəzərdə tutulduğunu deyib. O, Avropa qurumlarının indiki vəziyyətdə kənd təsərrüfatı ilə bağlı daha çox müzakirələrdə iştirakının əhəmiyyət daşıdığını bildirib.

Baş nazir daha əvvəl Avropa İttifaqının kənd təsərrüfatı siyasətlərində səhvlər etdiyini və bunların dəyişdirilməsinin vacibliyini qeyd etmişdi.

İtaliyalı fermerlər fevralın əvvəlindən bəri ölkənin müxtəlif regionlarında, eləcə də paytaxt Romada etiraz aksiyaları təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə