Sankt-Peterburqdakı Vsevolojsk Alüminium Zavodunun ərazisində güclü partlayıcı qurğu aşkar edilib. “112” Telegram kanalının məlumatına görə, işçilər müəssisənin anbarlarından birinin yaxınlığında əldəqayırma bomba aşkar ediblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, fabrik işçiləri 10 fevral 2024-cü ildə təhlükəli tapıntı ilə qarşılaşıblar.
Bildirilir ki, məftilli korpus və əl ilə işə salınan detonator olan qurğu sellofana bükülərək qarda batırılıb. Partlayıcının çəkisi təxminən bir kiloqram olub.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəli ərazini mühasirəyə alıb və qurğu zərərsizləşdirilib.
Deyilənlərə görə, qurğunun üzərində barmaq izləri aşkarlanıb və hazırda bununla bağlı mütəxəssislər işləyirlər. ...Faktiki olaraq müvafiq yoxlama aparılır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB