Bu ölkədə fidyə müqabilində adam oğurluğu adi haldır, baxmayaraq ki, cəzası ölümdür
Nigeriyanın Kano rayonunda toydan qayıdan 53 qadın qaçırılıb.
Kano daxili təhlükəsizlik idarəsinin komissarı Nasiru Muaz bildirib ki, rayonun Damari kəndində toydan qayıdan insanlara silahla hücum edilib və 53 qadın qaçırılıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Kano polisinin sözçüsü Abubakar Aliyu təhlükəsizlik qüvvələrinin bölgəyə göndərildiyini və xilasetmə işlərinə başlanıldığını söyləyib.
Nigeriyada fidyə müqabilində adam oğurluğu adi haldır, baxmayaraq ki, cəzası ölümdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB