Bolqarıstanda Qraf İqnatyevin büstü dağıdılıb

Bolqarıstanda Qraf İqnatyevin büstü dağıdılıb

...Bolqarıstanın Varna şəhərində rus diplomatı qraf Nikolay İqnatyevin büstü bu həftə postamentindən sökülüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu, Bolqarıstandakı sovet abidələrinin taleyi ilə bağlı qızğın müzakirələr fonunda baş verib.

Deyilənlərə görə, guya hakimiyyət orqanları tez-tez onların sökülməsini müdafiə etsə də, 19-cu əsrdə Bolqarıstanın azad edilməsi ilə bağlı abidələrin götürülməsi planları yoxdur. Bununla belə, “Azadlıq” radiosunun Bolqarıstan xidmətinin qeyd etdiyi kimi, ötən yaz İqnatyevin büstü artıq vandalların qurbanı olub. Qeyd edək ki, həmən vaxt ona ağ boya vurulmuşdu.

Bu dəfə abidə postamentdən atılıb, yəqin ki, lomdan istifadə olunub.

Bildirilir ki, şübhəli şəxs saxlanılıb, onun motivləri hələlik məlum deyil. Bələdiyyədən bildirilib ki, abidə bərpa olunaraq yerinə qaytarılacaq.

Rusiyanın Sofiyadakı səfirliyi hadisəni pisləyib, lakin bunun Bolqarıstan hakimiyyətinin rəsmi siyasəti ilə bağlı olmadığını qeyd edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə