Ruslar tərəfində döyüşən serb muzdluları üsyana hazırlaşırlar..?

Ruslar tərəfində döyüşən serb muzdluları üsyana hazırlaşırlar..?

...Vallah, bu lap öz gözündə tiri görməyib, başqa gözdə tük axtaranlarının “nağıl”ına bənzəyir.

Belə ki, elə indi də, özünü “aydan arı, sudan duru” kimi təqdim edən Rusiya, Ukraynanı xarici muzdluları öz ordusuna cəlb etməkdə ittiham edir, amma... bəs, ruslar deyrdi guya bizdə muzlu-filan yoxdu...

Beləliklə, Rusiya prokurorluğu Ukraynada Rusiya Silahlı Qüvvələrinin tərəfində döyüşən serb muzdluları, onların qaldımaq istədikləri üsyan, yəni rusların dediyi “bunt”la bağlı araşdırmalara başlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hazırda guya problem həll olunmağa doğru gedir, yəni serb muzdlularını “bunt”a sövq edən bütün materiallar təhvil verilib.

Deyim ki, bunu mən yox, bunu serb muzdlularının Donbasa daşınmasına kömək edən serb snayper-“posılnik” Dejan Beric RTVI-ya bildirib.

Onun dediyinə görə, hazırda vəziyyətlə prokurorluq məşğul olur. Rusiyanın prokurorluq nümayəndələri snayper-“posılnik”in müraciətimdən sonra özləri serb döyüşçülərinin yanına gəldilər.

Və serb döyüşçülərinin istəyinə əsasən onları “Axmat”ın “gözünə qatıb”. Deyilənlərə görə, bunu “kadırovçu”larla “yaxşı əlaqələri olan” serb muzdluları özləri istəyiblər.

Bunu da Beriç bildirib.

...Nədir məsələ?

Deməli, bir müddət bundan əvvəl Vladimir Putinin 2024-cü il prezident seçkilərində etibarlı adamı olan Dejan Beric silah çatışmazlığından və 119-cu Paraşüt Alayının rus komandanlığı tərəfindən təzyiqlərdən şikayət etmişdi. (...yeri gəlmişkən, SİA dünən Putinin Dejan Berici Rusiya vətəndaşlığına qəbul etməsi barədə yazmışdı-A.B.)

Belə ki, sosial şəbəkələrdə videomüraciət yayımlayan Berik, alaydakı serblərin döyüş sursatı, kopter və lazımi avadanlıqlardan məhrum olduqlarını və bütün bunları öz vəsaitləri hesabına almağa məcbur olduqlarını bildirmişdi. O, həmçinin iddia edib ki, rusiyalı komandirlər serb döyüşçülərinə laqeyd yanaşır, onları “qaraçı” çağırır və onların şikayətlərini dinlədikdən sonra onları məhdud silahlarla hücuma, yəni ölümə göndərirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə