2023-cü ildə dünya əhalisi demək olar ki, 66 milyon nəfər artıb və hazırda Yer kürəsində 8 milyon 73 milyon 859 min 407 nəfər yaşayır.
SİA-nın əldə etdiyi məlumata görə, dünya əhalisinin artmasına və 2023-cü ilin sonuna qədər yeni yüksək səviyyəyə çatmasına baxmayaraq, artım tempi yavaşlamağa davam edir. Qeyd edək ki, dünya əhalisi 1965-1970-ci illər arasında ən sürətlə artıb; o vaxtdan bəri, BMT-nin məlumatına görə, nisbi artım tempi demək olar ki, iki dəfə azalıb.
Onu da qeyd edək ki, bu tendensiyalar regionlar üzrə eyni deyil. DSW-nin məlumatına görə, Afrika 2080-ci ilə qədər 2,5 milyard insana ev sahibliyi edəcək, bu da indikindən iki dəfə çoxdur.
ABŞ Siyahıyaalma Bürosunun hesablamalarına görə, dünya əhalisi il ərzində 75 milyon nəfər artıb, yəni 0,95 faiz.
1960-cı illərdə rekord artım templərindən sonra dünya əhalisinin 7 milyarddan 8 milyard nəfərə yüksəlməsi on iki il yarım çəkdi.
ABŞ agentliyi iddia edir ki, 9 milyard həddinə çatmaq üçün 14,1 il, 9 milyarddan 10 milyarda keçmək üçün isə 16,4 il lazımdır ki, bu da 2055-ci ildə baş verə bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB