“Biz rusların sizin rəhbərliyiniz altında heç bir ümidi qalmayıb”

Özün cəbhəyə get, özün də öl!
“Biz rusların sizin rəhbərliyiniz altında heç bir ümidi qalmayıb”

Bu arada “Evə yol” kanalında Rusiya hərbçilərinin arvadları özünü Aleksandr kimi təqdim edən və səfərbər olduğu yanvar ayından bəri döyüşlərdə olduğunu iddia edən şəxsin müraciətini dərc ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, videoda o, səfərbər olunanların səhhətinin pis olmasından, cəbhədəki dözülməz vəziyyətdən, həmçinin özünün və digər hərbçilərin müharibənin bitməsini, sülh istədiklərindən danışır.

...Vladimir Vladimiroviç, insanları nəyə gətirmisiniz? Biz rusların sizin rəhbərliyiniz altında heç bir ümidi qalmayıb. Danışıqlar masasına oturun. “Deazifikasiya” və “demilitarizasiya” nədir? Nə danışdığını başa düşürsən? Hər dəfə bu sözləri deyəndə insanlar ölür. Gəlin sülh içində yaşayaq. Ya da özünüz cəbhəyə gedin və özünüz ölün.

Qeyd edək ki, Aleksandrın dediklərini kanalın müəllifləri videoya əlavə ediblər.

Xatırladaq ki, dekabrın 14-də tammiqyaslı işğalın başlanğıcından bəri Putinin ilk dəfə olaraq birbaşa xətt baş tutdu. Araşdırmalara görə, rusların ən çox gözlədiyi sual müharibənin nə vaxt bitəcəyi ilə bağlı olub.

Lakin, təəccüblü də olsa, veriliş zamanı Putinə bu barədə sual verilməyib.

Amma təbii ki, verilib, amma...

Yeri gəlmişkən, “Evə yol” səfərbər olan rusların qohumlarının hərəkatıdır. Maraqlıdır ki, bu hərəkat xüsusi hərbi əməliyyata qarşı olmasa da, yalnız qeyri-müəyyən səfərbərliyə qarşıdırlar.

Onu da qeyd edək ki, hazırda onlar Rusiya hakimiyyəti tərəfindən ciddi təzyiqlərlə üzləşirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə