“Time” jurnalı müğənni Teylor Svifti “ilin adamı” elan edib

“Time” jurnalı müğənni Teylor Svifti “ilin adamı” elan edib

…“Time” jurnalı 2023-cü il üçün “İlin adamı”nı seçib. Bu, amerikalı müğənni Taylor Sviftdır. Qeyd edək ki, ötən il onun populyarlığı bütün əvvəlki rekordları qırıb.

Sviftdən başqa, “ilin adamı” adına namizədlərin qısa siyahısına Rusiya prezidenti Vladimir Putin, Çin Kommunist Partiyasının sədri Si Cinpinq, OpenAI şirkətinin baş direktoru Sem Altman, Böyük Britaniya kralı III Çarlz və filmin qəhrəmanı Barbi kuklası daxil edilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Qreta Qerviqin “Barbie” filmi bu il ən çox baxılıb təqdir olunanlardan olub.

Qeyd edək ki, qısa siyahıda ABŞ-ın keçmiş prezidenti Donald Tramp və ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauelinin də adı var idi, amma…

Onu da qeyd edək ki, Taylor Svift müğənni-bəstəkardır və dünyada 200 milyondan çox albomu satılan sənətçilərindən biridir. O, 12 dəfə Qremmi mükafatı laureatı, 40 Amerika Musiqi Mükafatının və çoxsaylı digər mükafatların qalibidir. Qeyd olunur ki, onun konsert turlarından əldə etdiyi gəlir bir çox kiçik ölkələrin maliyyə göstəricilərini üstələyir və onun ABŞ iqtisadiyyatına verdiyi töhfə, o cümlədən konsertlərin keçirildiyi şəhərlərdəki konsert salonları, mehmanxanalar və turizm infrastrukturundan əldə etdiyi gəlirlərin əhəmiyyətli hissəsinə çevrilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə