Qərbin Kiyevə ayırdığı maliyyə yardımı mənimsənilir...

Qərbin Kiyevə ayırdığı maliyyə yardımı mənimsənilir...

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna rəsmilərinin Qərbin Kiyevə ayırdığı maliyyə yardımının 20 faizdən 36 faizə qədərini mənimsədiklərini bildirib.

Onun dediyinə görə, mənimsəyənlər arasında təbii ki, ilk növbədə, Ukrayna Müdafiə Nazirliyinin keçmiş rəhbərliyinin olduğunu da dilə gətirib.

SİA-nın əldə etdiyi məlumata görə, o bu barədə brifinq zamanı danışıb.

Zaxarova əlavə edib ki, Ukrayna dövlət vəsaitlərini effektiv şəkildə qorumağa başlamasa, Kiyev artıq Ukrayna ordusunun silahsız qalma riskini dərk edir.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov ölkədə korrupsiya ilə mübarizə aparmağa ehtiyac olmadığını bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə