"Meta" avropalı istifadəçilər üçün "İnstaqram" və ya "Facebook"a reklamsız abunə olmaq üçün ayda 10 avro ödəyəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, mobil telefon vasitəsilə edilən ödənişlər üçün 13 avro tutulacaq. Hər əlavə hesab üçün 6 avro tutulması planlaşdırılır.
Plana əsasən, istifadəçilər fərdiləşdirilmiş reklamlarla "İnstaqram" və "Facebook"a pulsuz daxil olmağa və ya xidmətlərin reklamsız versiyaları üçün ödəniş etməyə davam edəcəklər. Plana əsasən, "Meta" tənzimləyicilərə masaüstü istifadəçilərdən "Facebook" və ya "İnstaqram" hesabı üçün ayda təxminən 10 avro və hər bir əlavə əlaqəli hesab üçün təxminən 6 avro tələb edəcəyini söyləyib. "Wall Street Journal"nın məlumatına görə, mobil cihazlarda qiymət ayda təxminən 13 avroya qədər yüksələcək, çünki "Meta" "Apple" və "Google"un tətbiq mağazalarının tətbiqdaxili ödənişlərindən komissiyaları da nəzərə alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB