Qəhvə ixracına qadağa qoyulması ilə bağlı xəbərdarlıq Rusiyanın Efiopiyadakı səfirliyi tərəfindən verilib.
SİA-nın əldə etdiyi məlumata görə, qadağanın pozulması halında hava sərnişinlərinə xəbərdarlıq edilib.
“Vzqlyad” yazır ki, dünyadakı bütün qəhvənin 1/3 hissəsinə sahib olan ölkə qəhvənin ixracına qadağa qoyub. Efiopiya onilliklərdir ki, qəhvə istehsal edir.
Burada Coffea arabica qəhvə bitkisi yerləşir. Gömrükdə yeni qaydanın tətbiqinə əsaslanaraq, Efiopiya hakimiyyəti hava sərnişinlərinə də şamil edilən qadağa tətbiq edib.
Səfərləri planlaşdırarkən Efiopiya hava limanında xoşagəlməz halların qarşısını almaq üçün bu məlumatları nəzərə almanızı tövsiyə edirik.
Bunu diplomatik nümayəndəlik qeyd edib.
Yeri gəlmişkən, Efiopiyanın xarici gəlirinin təxminən 60 faizi qəhvədən gəlir. 2022-ci ilin iyunundan 2023-cü ilin aprelinə qədər Efiopiya qəhvə satışından 1,1 milyard dollar qazanıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB