Yanvarın 1-dən G7 Rusiya iqtisadiyyatına təzyiq göstərmək və Ukraynaya qarşı müharibəni maliyyələşdirmək qabiliyyətinə təsir etmək üçün Rusiyadan almaz tədarükünə birbaşa qadağa qoymağı planlaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, Bloomberg bu barədə Belçika rəsmisinə istinadən xəbər verir.
... “Böyük Yeddilik” üçüncü ölkələr vasitəsilə Rusiya almazlarının idxalını məhdudlaşdıracaq dolayı qadağa adlanan tətbiq edəcək. Xüsusilə, daşların G7 ölkələrinə satılması üçün onların mənşəyinə dair sübut təqdim etmək lazım gələcək. Yaxın iki-üç həftə ərzində dolayı qadağa elan oluna bilər.
Qeyd edək ki, bunu agentliyin həmsöhbəti bildirib.
Yeri gəlmişkən, Rusiya qiymətli daşlarına qarşı sanksiyalar tətbiq etmək üçün əvvəlki cəhdlər Avropada aparıcı idxalçı ölkələrin müqaviməti ilə üzləşib. Xüsusilə Belçika məhdudiyyətlərə qarşı çıxıb. Ölkənin səlahiyyətli orqanları qadağanın Antverpendəki almaz birjasında almaz ticarətinə təsir göstərə biləcəyini bildirib.
Xatırladaq ki, ötən il ABŞ artıq Rusiyadan almaz idxalına qadağa qoyub.
Sentyabrın əvvəlində Avropa Şurasının rəhbəri Çarlz Mişel Avropa İttifaqının da Rusiyanın almaz sənayesinə qarşı sanksiyalar üzərində işlədiyini bildirmişdi.
Rusiya almazlarının ticarətini məhdudlaşdırmaq üçün G7 və Avropa İttifaqı nümayəndələri qlobal almaz izləmə sisteminin yaradılmasını müzakirə edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB