Sanksiyalara baxmayaraq, Rusiya raket və tank istehsalını artırıb

Sanksiyalara baxmayaraq, Rusiya raket və tank istehsalını artırıb

Qərbin sanksiyalarına baxmayaraq Rusiya, son aylarda raket və artilleriya mərmilərinin istehsalını artıraraq müharibədən əvvəlki səviyyəni keçib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The New York Times” Qərb ölkələrinin və Ukraynanın adı açıqlanmayan rəsmilərinə istinadən yazır.

İddialara görə, Rusiya hazırda ABŞ və Qərb ölkələrindən daha çox sursat istehsal edir. Bununla belə, hətta artan istehsalın Rusiya ordusunun bütün ehtiyaclarını ödəmədiyi iddia edilir.

Ukraynaya genişmiqyaslı işğalın başlanmasından sonra sanksiyaların tətbiqindən dərhal sonra, çiplərin və digər komponentlərin kritik çatışmazlığı səbəbindən Rusiyada raketlərin və bir sıra digər silah növlərinin istehsalı kəskin şəkildə yavaşladı.

Bununla belə, 2022-ci ilin sonuna qədər Moskva xüsusilə Ermənistan və Türkiyə vasitəsilə yeni təchizat zəncirləri yaratmaqla hasilatı bərpa edə bilib.

Nəticədə Rusiya indi işğaldan əvvəlkindən iki dəfə çox sursat istehsal etməyə başlayıb.

Qeyd edək ki, eyni şey tanklara da aiddir. Belə ki, əgər müharibədən əvvəl Rusiya ildə 100 tank istehsal edə bilirdisƏ indi 200 ədəd istehsal edir.

İstehsal olunan artilleriya mərmilərinin sayı isə təxminən iki milyondur. O da qeyd edilməlidir ki, Rusiyada istehsal xərcləri Qərbdəkindən aşağıdır.

Maraqlıdır ki, xarici nəşr Estoniya Müdafiə Nazirliyinin nümayəndəsi Kusti Salmanın Rusiyada sursat istehsalı tempinin hazırda Qərbdəkindən yeddi dəfə yüksək olduğunu iddia edən qiymətləndirməsinə istinad edir.

Yeri gəlmişkən, bundan əvvəl Ukrayna nümayəndələri Rusiyanın raket arsenallarının tükənməyə yaxın olduğunu vurğulamışdılar.

Yəqin ki, onlar ötən ilin payız və qış aylarında infrastruktura kütləvi hücumlardan sonra yazda Rusiya ordusunun Ukraynaya raket hücumlarının sayını faktiki olaraq azalması ilə əlaqələndiridilər.

...Lakin son zamanlar raket hücumlarının intensivliyi yenidən artıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə