Türkiyədə 12 avtomobil bir-birinə çırpıldı - 2 ölü, 35 yaralı

Türkiyədə 12 avtomobil bir-birinə çırpıldı - 2 ölü, 35 yaralı

Türkiyənin Ədirnə vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Bildirilir ki, magistral yolda 12 avtomobil bir-birinə çırpılıb. Qəza nəticəsində 2 nəfər ölüb, 35 nəfər yaralanıb.

Qəzada 8 minik, 4 yük maşını iştirak edib.

Əraziyə çoxlu sayda polis, jandarma, tibb və xilasetmə qrupları göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə