Bu arada Polşa adi relslərin üzərində hərəkət edə bilən yeni “MagRail” qatarını uğurla sınaqdan keçirib.
SİA “Vremya Rossii”nin məlumatına istinadən, bu layihənin Polşanın “Nevomo” startapı tərəfindən həyata keçirildiyini bildirir.
Qeyd edək ki, nəzəri cəhətdən bu qatar, 550 km/saat sürət yığmağa qadirdir.
Onu da qeyd edək ki, ilk sınaq zamanı qatar 70 km/saat sürətə nail olunub. Lakin bundan sonra qatar relsdən qalxaraq cəmi 11 saniyəyə 100 km/saat sürətlənib.
Tərtibatçılar təsdiqləyirlər ki, “MagRail”dən istifadə etmək üçün mövcud dəmir yolu xətlərini əhəmiyyətli dərəcədə dəyişdirməyə ehtiyac yoxdur,
Hazırda “MagRail” qatarlarının maksimal sürəti 135 km/saatla məhdudlaşdırılıb. Lakin bu cür texnoloji inkişaflar şübhə yoxdur ki, gələcəkdə nəqliyyat sənayesinin inkişafına öz töhfəsini verəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB