Ukrayna ABŞ-dan nüvə yanacağının ilk partiyasını alıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib.
“Bu gün Energoatom ilk dəfə olaraq 440-cı reaktor üçün yanacaq yükləyib. Yanacaq Amerikanın “Westinghouse” şirkəti tərəfindən ukraynalı mütəxəssislərlə birlikdə istehsal edilib”.
Qaluşenko telemarafon zamanı deyib bunu.
O, Ukraynanın “Enerqoatom” dövlət şirkətinin yanacaq daşımalarını qəbul etdiyinə aydınlıq gətirib. Onun sözlərinə görə, bu, nüvə yanacağı bazarının bu seqmentində Rusiya monopoliyasının sonudur.
Nazir əlavə edib ki, Ukrayna bu seqmentdə Rusiya Federasiyasını tamamilə əvəz etməyə çalışacaq. Belə ki, Ukrayna artıq Finlandiya, Çexiya və Slovakiya ilə əməkdaşlıq müqavilələri imzalayıb.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Kiyevdə ölkəni Avropanın enerji mərkəzinə çevirmək planı hazırlanıb. “Forbes”in yazdığına görə, plan, xüsusən də Ukraynanın kiçik modul reaktorların istehsalının 90 faizini lokallaşdıracağını və müstəqil olaraq nüvə yanacağı istehsal edəcəyini nəzərdə tutur.
Yeri gəlmişkən, Böyük Britaniya nüvə yanacağının alınması üçün Ukraynaya 245 milyon dollar ayırmağı planlaşdırır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB