Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona İrəvanın qeyri-dost hərəkətləri fonunda etiraz notası təqdim edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, nazirlikdə Vaqarşak Arutyunyana Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin ratifikasiyası prosesinin başlanması, baş nazir Nikol Paşinyanın həyat yoldaşının Kiyevə səfəri və Ermənistan ordusu ilə ABŞ arasında hərbi təlimlərin elan edilməsi və digər addımların qeyri-dost hərəkətləri olduğu bildirilib.
Notada Ermənistan Milli Assambleyasının rəhbəri Alen Simonyanın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya qarşı dedikləri və rusiyapərəst bloger Mika Badalyanla, “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyanın saxlanılması ilə bağlı narazılıq da ifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB