Blinken Zelenski ilə görüşdə hansı məsələləri MÜZAKİRƏ ETDİ? - DETALLAR
ABŞ dövlət katibi Antoni Blinken Kiyevə səfəri çərçivəsində dünən axşam saatlarında Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Rəyasət Heyətinin mətbuat xidməti görüşlə bağlı açıqlamasında bunları diqqətə çatdırıb: “Zelenski Blinkenin Rusiyaya genişmiqyaslı işğalının başlamasından bəri üçüncü dəfə Ukraynaya səfər etdiyini söylədi. Zelenski bu səfəri ABŞ-ın işğalçıya qarşı mübarizədə ölkəmizə və onun vətəndaşlarına verdiyi sarsılmaz dəstəyin mühüm təzahürü kimi qiymətləndirib.
Zelesnki görüş zamanı deyib: “Bu çətin mübarizə, cəmiyyətimiz üçün çətin dövrdür və mən ABŞ tərəfdaşlarımızın səfərlərini yüksək qiymətləndirirəm. Mən sizə, prezident Baydenə və bütün Amerika xalqına Ukraynanı dəstəklədiyiniz üçün minnətdaram”.
Mətbuat xidməti həmçinin bildirib ki, görüş zamanı Ukrayna Sülh Formulasının da dəyərləndirilməsi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB