Braziliyalı sosial media fenomeni Larissa Borges keçən həftə iki dəfə keçirdiyi infarkt səbəbindən ölüb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, avqustun 20-də infarkt keçirən Larissa Borxesin ürəyi müdaxilədən sonra yenidən həyata qayıdıb. Lakin bir həftə komada olan fenomenin ürəyi yenidən dayanıb. Belə ki, Larisa 33 yaşında dünyasını dəyişib.
"İnstaqram" fenomeni Larissa 30 mindən çox izləyicisi ilə onlayn platformada səyahət fotoları və sağlamlıq-fitness məzmunda paylaşımlar edirmiş. İnfarkt keçirərək komaya düşən Larissa Borxesin ailəsi fenomenin hesabını ələ keçirib və səhhəti ilə bağlı bəyənmələr toplamaq üçün "İnstagram"da paylaşımlar edib.
Ötən gün isə ailəsi onun dünyasını dəyişdiyini açıqlayıb. Kədərli ailə qızları üçün "Larissa, həyatı üçün cəsarətlə mübarizə apardığını" deyirdi” söyləyiblər.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB