Nigeriyanın Niger əyalətində sərnişinləri daşıyan qayığın çevrilməsi nəticəsində 6 nəfər həyatını itirib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb və bir çoxu isə itkin düşüb.
Qayıqda neçə nəfərin olduğu hələ məlum olmasa da, səlahiyyətlilər axtarışların və digər sərnişinlərin tapılmasının davam etdiyini bildirib. Ölənlərin sayının artacağından hər kəs narahatdır.
Qeyd edək ki, Nigeriyada yağışlı mövsümdə çaylarda qayıq qəzaları tez-tez baş verir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB