Rumıniya Ukrayna taxılının tranzitini iki dəfə artırmağa söz verib
Rumıniya Ukraynaya taxıl ixracında kömək etmək üçün yaxın iki ay ərzində Qara dənizdəki Konstansa limanının və Dunaydakı gəmi yollarının tutumunu iki dəfə artıracaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə baş nazir Marsel Kolaku “Financial Times” qəzetinə müsahibəsində bildirib.
“2023-cü ildə Ukraynanın ixrac üçün təxminən 40 milyon ton taxıl olacaq. Bunu asanlaşdırmaq üçün biz Konstansa limanına gedən marşrutlarda tutumu artırdıq. Bacardığımız qədər səfərbər olduq”.
Bunu deyən Kolakunun sözlərinə görə, bu, Ukraynanın taxıl ixracını ayda 4 milyon tona çatdırmağa imkan verəcək. O, Rumıniyanın Dunay Deltası vasitəsilə əsas dərin su daşıma marşrutuna istinad edərək, Sulina kanalına da investisiya qoyulduğunu əlavə edib.
Yeri gəlmişkən, Kolaku oktyabr ayından etibarən gəmilərin gecə tranzitinə icazə verilməsini və yük daşımalarının gündə 14 gəmiyə çatdırılmasını təklif edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB