Hindistanın "Çandrayan-3" stansiyasının eniş modulu Aya uğurla enib
Hindistanın “Çandrayan-3” planetlərarası stansiyası tərəfindən Ayın orbitinə çıxarılan “Vikram” eniş modulu Yerin peykinə uğurlu eniş edib. Stansiyada “Praqyan” Aysal roveri var.
SİA-nın əldə etdiyi məlumata görə, eniş Hindistan Kosmik Tədqiqatlar Təşkilatının YouTube kanalında canlı yayımlanıb və onu 6,5 milyona yaxın izləyici izləyib.
Qeyd edək ki, Hindistan SSRİ, ABŞ və Çindən sonra öz aparatını Yerin peykinə endirən dördüncü ölkə oldu. Bundan əlavə, bu, öz texnikasını Ayın cənub qütbünə endirməyi bacaran ilk ölkədir.
“Biz, Hindistan aya yumşaq eniş etdik”.
Bunu hindistanlı uçuş rəhbəri Şri Somanat bildirib. (...maraqlıdır, görəsən, o bununla kiməsə gözdağı vermir ki?..-A.B.)
Onu da qeyd edək ki, stansiya iyulun 14-də Şrixarikota buraxılış meydançasından LVM3 orta səviyyəli raketlə buraxılıb. Aya uçuş təxminən üç həftə davam edib. “Vikram” eniş aparatı və “Praqyan” Ay roveri Yer peykində bir ay günü - 14,5 Yer günü işləməlidir. Onlar seysmik aktivliyi, torpağı və ekzosferi öyrənəcəklər.
Xatırladaq ki, Hindistanın əvvəlki Ay missiyası uğursuzluqla başa çatmışdı.. Belə ki, “Çandrayan-2” stansiyası tərəfindən Ayın orbitinə çatdırılan “Vikram” eniş modulu qəzaya uğramışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB