“Rusiya hava hücumundan müdafiə vasitələri F-16 qarşısında acizdir“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Rusiya hava hücumundan müdafiə vasitələri F-16 qarşısında acizdir“ - POLİTOLOQ ŞƏRH ETDİ

“F-16 kifayət qədər güclü imkanlara malik bombardmançı təyyarədir. Belə bir təyyarənin bu gün Ukrayna hərbi arsenalına təhvil verilməsi Ukraynanın Rusiyaya qarşı müdafiə və müqavimət qabiliyyətini artıra bilər. Əslində, F-16 məsələsində Qərb Ukraynaya ciddi formada haqsızlıq edir. Çünki uzun müddətdir bunu bazar və manupulyasiya mövzusuna çevirən Qərb Ukraynanın bütün haqlı tələblərinə rəğmən, 1 ildən çoxdur ki, F-16-nı hələ də təhvil verməyib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, F-16-nın təhvil verilməsi isə Rusiya aviasiyası üçün çox ciddi problemlər yaradacaq: “Çünki Rusiyanın istehsal etdiyi silahlar və hava hücumundan müdafiə vasitələri F-16 qarşısında acizdir. F-16-ın Ukrayna ordusunun sərəncamına verilməsi müharibənin gedişinin Ukraynanın xeyrinə dəyişəcəyini göstərir. Rusiya da bunun fərqində olduğundan, istənilən vasitə ilə F-16-nın Ukraynaya verilməməsi ilə bağlı Qərbi şantaj edir. Lakin istənilən halda bir neçə F-16 Ukrayna ordusunun tabeliyinə keçmə ehtimalı böyükdür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə