Xantı-Mansiysk Muxtar Dairəsindəki neft yatağında güclü partlayış baş verib. “Baza” kanalının məlumatına görə, söhbət Nyaqan şəhəri yaxınlığındakı Talinskoye yatağından gedir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, partlayış nəticəsində iki nəfər həlak olub. Qurbanların sayı ən azı beş nəfərdir.
Bundan əvvəl TASS Nyaqandakı xəstəxanalardan birinə yerləşdirilən 4 nəfər haqqında məlumat vermişdi. Şahidlərin sözlərinə görə, partlayışdan sonra bir neçə avtomobil və ətrafdakı meşə yanıb.
Partlayışın səbəbləri hələlik məlum deyil.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB