"Kiyev münaqişənin həllində güzəştə getməyəcək"

"Kiyev münaqişənin həllində güzəştə getməyəcək"

Vladimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bazar ertəsi, avqustun 7-də “Twitter” hesabında dərhal atəşkəs və Rusiya ilə danışıqlara başlamaq kimi kompromis mövqelərə gəlməyin mümkün olmadığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.

Podolyak vurğulayıb ki, danışıqlar üçün yeganə əsas prezident Zelenskinin təklif etdiyi sülh formulasıdır. Kiyev heç bir şəkildə ərazi güzəştlərini qəbul etmir.

“Yeganə əsas “danışıq təməli” prezident Zelenskinin sülh düsturudur. “Dərhal atəşkəs” və “burada və indi danışıqlar” kimi kompromis mövqelər ola bilməz. Bu Rusiyaya işğal olunmuş ərazilərdə qalmağa vaxt verir”, - Podolyak deyib.

Podolyak öz mövqeyini bir daha vurğulayaraq bildirib ki, Ukraynadakı münaqişənin həlli yalnız Rusiya qoşunlarının 1991-ci il sərhədlərinə çıxarılması ilə mümkündür.

O qeyd edib ki, “Minsk-3” kimi bundan sonrakı hər hansı razılaşmalar gələcəkdə yalnız müharibəni davam etdirəcək.

Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların mümkünlüyü barədə fikirlərini bildirmişdi.

O hesab edir ki, Kiyev mərhəmət diləməyə başlayana qədər belə danışıqlara ehtiyac yoxdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə