Bu arada Rusiya Federasiyasının yeni regionlarının məktəb və kütləvi kitabxanalarına 2,5 milyon nüsxədən çox kitab tədarükü planlaşdırılır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin onların çapı üçün ehtiyat fondundan pul ayırıb.
Dövlət başçısı hökumət üzvləri ilə görüşündə bu kitabxanaların milli ədəbiyyat nümunələrinin saxlanıldığı elektron xidmətlərə pulsuz qoşulması barədə də tapşırıq verib. Putinin sözlərinə görə, 2,5 milyon nüsxədən çox tirajın çapı, alınması və çatdırılması mümkün qədər tez həyata keçirilməlidir.
“Yeni tədris ilində məktəblilər bütün lazımi kitablar və dərsliklərlə təmin olunmalıdırlar”, - deyən prezident hazırda DXR, LPR, Zaporojya və Xerson vilayətlərində 1000-dən çox ictimai və 1300 məktəb kitabxanasının olmasına baxmayaraq, onlarda olan kitabların "son 30 ildə yenilənmədiyini bildirib.
Gərək ki, yadınızda olar, Rusiya Federasiyasının yeni regionlarının sakinlərinə Ukrayna pasportu ilə seçkilərdə səs verməyə icazə verilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB