Rusiya-Afrika sammitinin yekun bəyannaməsi qəbul olunub

Rusiya-Afrika sammitinin yekun bəyannaməsi qəbul olunub

Rusiya prezidenti Vladimir Putin və Afrika ölkələrinin başçıları Rusiya-Afrika sammitinin yekun bəyannaməsini qəbul ediblər. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

“Zirvə görüşü Rusiya və Afrika ölkələrinin qarşılıqlı faydalı tərəfdaşlığın yeni formaları və yeni sahələrini daha da inkişaf etdirmək və axtarmaq üçün qəti öhdəliyini bir daha təsdiqlədi. Bu kontekstdə görülən işlərin nəticəsi olaraq möhkəm birgə sənədlər paketinin qəbul edilməsi göstəricidir”.

Bunu Putin bəyan edib.

Dövlət başçısı vurğulayıb ki, sammitdə Rusiya ilə Afrika ölkələri arasında strateji əməkdaşlıq məsələlərinin bütün spektri üzrə məzmunlu fikir mübadiləsi aparılıb.

Rusiya lideri, ilk növbədə, Afrika ölkələrinin liderləri tərəfindən təsdiq edilmiş Sankt-Peterburq Bəyannaməsini qeyd edib ki, bu bəyannamədə uzunmüddətli perspektivdə əməkdaşlığın inkişafı üçün strateji istiqamətlər müəyyən edilib.

Qeyd edək ki, Rusiya-Afrika Tərəfdaşlıq Forumunun 2023-2026-cı illər üçün Fəaliyyət Planı da təsdiq edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə