NATO-Ukrayna Şurası iyulun 26-da Rusiyanın “taxıl sazişi”ndən çıxması və Ukraynanın cənub vilayətlərinə hücumları ilə bağlı iclas keçirib. Görüşdən sonra bəyanat NATO-nun saytında yerləşdirilib.
Qeyd olunur ki, toplantını NATO-nun baş katibi Yens Stoltenberq prezident Vladimir Zelenskinin xahişi ilə çağırıb.
NATO üzvləri bəyanatda Rusiyanın “taxıl müqaviləsi”ndən çıxmaq qərarını və bütün dünyada yüz milyonlarla insanın asılı olduğu Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracını dayandırmaq üçün düşünülmüş cəhdlərini pisləyiblər.
“Müttəfiqlər həmçinin Rusiyanın Odessa, Nikolayev və digər liman şəhərlərinə qarşı son raket zərbələrini, o cümlədən Moskvanın Rumıniya sərhədinə çox yaxın olan Dunay liman şəhəri Renidə Ukraynanın taxıl anbarına rüsvayçı pilotsuz təyyarə zərbəsini pisləyiblər”.
Qeyd edək ki, bu iclasın bəyanatında deyilir.
Alyans həmçinin, Bolqarıstanın eksklüziv iqtisadi zonası çərçivəsində Qara dənizdə Rusiyaya qarşı yeni təhlükə zonası yeni eskalasiya riskləri, habelə naviqasiya azadlığına ciddi maneələr yaratdığını qeyd edib.
Baş katib Yens Stoltenberq Rusiyanın hərəkətlərinin Qara dəniz regionunun sabitliyi üçün ciddi risklər yaratdığını bildirib və Alyansın sayıqlığını artırdığını, eləcə də ərazisinin hər qarışını istənilən təcavüzdən müdafiə etməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, iclasda NATO-nun Qara dəniz regionunda dəniz patrul təyyarələri, pilotsuz uçuş aparatları vasitəsilə müşahidə və kəşfiyyatı gücləndiriləcəyi bildirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB