İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani verdiyi açıqlamada, İran və İraqın təklifi ilə İslam Əməkdaşlıq Təşkilatının İsveç və Danimarkada Qurani-Kərimə qarşı təhqirlərə görə bazar ertəsi fövqəladə iclas keçirəcəyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın məsələ ilə bağlı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri ilə görüşdüyünü ifadə edən Kənani bunları deyib: “İslam Əməkdaşlıq Təşkilatına rəsmi görüş sorğusu göndərilib. Quran təhqir olunduğu üçün bu növbədənkənar iclasın bazar ertəsi onlayn keçirilməsinə qərar verilib".
Qeyd edək ki, iyunun 28-də İsveçdə İraq əsilli Salvan Momika Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb. Daha sonra Momika Stokholmdakı İraq səfirliyi qarşısında Quran və İraq bayrağını ayağının altına alaraq İslamı təhqir edib. Ötən həftə Danimarkanın Kopenhagendəki İraq səfirliyi qarşısında ifrat sağçı “Danske Patrioter” (Danimarka Patriotları) adlı qrup sosial şəbəkələrdə Quranın yandırıldığını və İraq bayrağının tapdalandığını əks etdirən video yayımlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB