Prezident Ərdoğan Əbdülməcid Tebbun ilə görüşüb

Prezident Ərdoğan Əbdülməcid Tebbun ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti Əbdülməcid Tebbun ilə görüşüb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

İstanbulda keçirilən görüşdə Türkiyə ilə Əlcəzair arasında ikitərəfli əlaqələr və iki ölkə arasında əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə edilib.

Ərdoğanın qonaq prezident Tebbun ilə görüşündən sonra heyətlər arasında danışıqlar başlayıb.

Danışıqlar başa çatdıqdan sonra prezident Ərdoğan qonaqların şərəfinə nahar verib.

Yeməkdən sonra Tebbun və onu müşayiət edən nümayəndə heyəti buradan yola düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə