Rusiya prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə, Polşanın Ukrayna ərazisini işğal etməyi planlaşdırdığını və eyni zamanda Belarus torpaqlarına da göz dikdiyini bildirib.
“...Polşa liderlərinə gəlincə, onlar yəqin ki, NATO çətiri altında hansısa koalisiya yaratmağı və Ukraynadakı münaqişəyə birbaşa müdaxilə etməyi gözləyirlər. Daha sonra özlərinə daha yağlı bir parçanı “qoparmaq” üçün öz tarixi ərazilərini – bugünkü Qərbi Ukraynanı, öz hesab etdikləri kimi, geri qaytarsınlar”, - Putin bildirib.
Qeyd edək ki, dediklərinə heç bir təsdiq təqdim etməyən Rusiya lideri, indiki Polşanın qərb ərazilərinin Stalinin polyaklara hədiyyəsi olduğunu deyib, “Varşavadakı dostlarımız bunu unudublar? Amma biz bunu onlara xatırladacağıq”, - deyə əlavə edib.
Qeyd edək ki, Varşava Rusiya prezidentinin bəyanatlarına hələ ki, heç bir şərh verməyib.
Xatırladaq ki, bundan əvvəl Putin 2014-cü ildə Krımın ilhaqına və ötən fevralda Ukrayna ilə müharibənin başlamasına haqq qazandırmaq üçün Sovet hakimiyyətinin “ərazi hədiyyələri” iddialarından istifadə etmişdi.
Yeri gəlmişkən, bu gün Polşanın Belarus sərhədinə qoşun yeridəcəyi məlum olub. Ölkə Müdafiə Nazirliyinin qəbul etdiyi qərar “Vaqner” PMC-nin Belarusda keçirdiyi təlimlərdən doğan mümkün risklərlə bağlıdır.
Qeyd edək ki, rus muzdluları hazırda Mogilev vilayətindədirlər. Belə ki, iyun ayının sonunda “Vaqner” üsyanından sonra rus muzdluları Aleksandr Lukaşenkonun “razılığı” ilə oraya köçürülüblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB