Riçard Murun ruslara çağırışı və Zaxarovanın cavabı...

Riçard Murun ruslara çağırışı və Zaxarovanın cavabı...

Bu arada Mariya Zaxarova öz Telegram kanalında rusları Britaniya kəşfiyyatı ilə əməkdaşlığa çağıran “MI-6”-nın rəhbəri Riçard Mura müvafiq yazı dərc edərək cavab verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Qərb kəşfiyyatının ruslara növbəti çağırışını şərh edib.

Belə ki, bu dəfə söhbət Britaniyanın “Mİ-6”-nın rəhbəri Riçard Murdan gedir. Ötən gün o, avropalılara qan tökülməsinə son qoymağa kömək etmək üçün hər bir rusiyalının təcili olaraq Britaniya agentlərinə yazılmalı olduğunu söyləyib.

Qeyd edək ki, Riçard Mur, Rusiyanın Ukraynadakı mövqelərini bərpa etmək üçün praktiki olaraq heç bir şansı olmadığını, ona görə də rusların “Mİ-6”-ya dəvət etmək qərarına gəlib. Maraqlıdır ki, Riçard Mur bunun gizli qalacağına da söz verib.

“Mən onları son 18 ayda başqalarının etdiklərini etməyə və bizə qoşulmağa dəvət edirəm. Qapımız hər zaman açıqdır. Onların sirləri təhlükəsiz olacaq”

Dediyimiz kimi, bunu “Mİ-6”-nın rəhbəri bildirib.

Buna cavab olaraq Zaxarova Mura Skripalların taleyini xatırladıb və vurğulayıb ki, Britaniya xüsusi xidmət orqanları ilk növbədə adətən sizə inanan və güvənənləri məhv edir.

“Rusiyanın mövqelərini bərpa etmək üçün az şansı olsaydı, siz, Riçard Mur, belə hay-küy salmazdınız. Açıq qapılar və sirr saxlamağa gəlincə, Skripalları təqdim etsəniz, bəlkə də sizə inanardılar”.

Hə, bunu isə Mariya Zaxarova yazıb.

Qeyd edək ki, Zaxarova Mura ünvanladığı yazıya “maraqlı” bir şəkil əlavə edərək öz işçilərinə daha yaxşı baxmağı tövsiyə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə