Çeçenistanda Ukraynadakı müharibəyə məcburi göndərilmə hələ də davam edir. Qeyd edək ki, əvvəlki səfərbərlik dalğasından sonra bölgəyə qayıdan kişilər yenidən canlarından və azadlıqlarından qorxurlar. Məsələ bundadır ki, cəbhəyə getməkdən imtina etsələr, həbsxana və işgəncə ilə üzləşə bilərlər. Onun da qeyd edək ki, son zamanlar bu istiqamətdə respublikada təhlükəsizlik qüvvələrinin təzyiqi artıb və sakinlər pasport almaqda problem yaşayırlar.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Çeçenistanı hansı yollasa tərk edib xaricə qaçanların əksəriyyəti özü ilə bağlı danışmağa qorxur. Niyə?
Çünki onlar hədəlidirlər: əgər kimsə Çeçenistanı tərk etsə, vay evdə qalan doğmalarının halına... Yəni evdə qalan bütün ailə üzvləri öldürüləcək.
Qeyd edək ki, bu gün üzü Türkiyədən tutmuş Avropa İttifaqı ölkələrinin əksəriyyətində müharibəyə görə ölkədən qaçan çeçen qaçqınları ilə rastlaşmaq olar. Maraqlısı odur ki, onlar arasında həyatını danışmaq istəyənlərin əksəriyyəti adının gizli saxlanmasını istəyir. Onların ehtimalına görə, bu hesabla Çeçenistanda kişi qalmamalıdır.
“Ukraynada döyüşlər başlayanda, çeçen mollaları müharibənin “müqəddəs” olduğunu təbliğ etməyə başlayanda biz, əksinə, ora getməyin cinayət və günah olduğunu müzakirə edirdik, bilmirəm, onlar bizdən necə xəbər tutdular?”.
...Əvvəllər rüşvət vermək mümkün idi, amma indi həbs olunanları dərhal müharibəyə göndərirlər.
...Respublikada müharibə təbliğatı güclənib və Çeçenistan hakimiyyəti cinayət təqibi təhlükəsi altında Ukraynaya getməyə məcbur edilir.
Bunu Avropada yerləşən Çeçenistan Birləşmiş Qüvvələr təşkilatının rəhbəri Cambulat Süleymanov bildirib.
Onun dediyinə görə, bu gün Kadırov özü üçün millətin xilaskarı obrazını yaradıb və özü isə getdikcə insanları yeni müharibəyə cəlb edir. Belə çıxır ki, Ukraynada Rusiya üçün ölmək yaxşıdır, amma Çeçenistanı Rusiya işğalından qorumaq yox?
Məsələ bundadır ki, Çeçenistanın özündə region sakinləri özlərini təhlükəsiz hiss etmədikləri üçün bir-birləri ilə bu mövzularda ünsiyyətdən yayınırlar.
Verilən məlumatlara görə, bu gün Çeçenistandakı məmurlar, imamlar və komandirlər Ukraynaya qarşı müharibəyə cəlb olunanların sayı ilə bağlı öhdəlik daşıyırlar. - bu “norma”nı yerinə yetirmək naminə yerli sakinlər qeyri-qanuni olaraq gizli həbsxanalarda saxlanılır və imtina etdikdə qohumlarına qarşı repressiya ilə hədələnirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB