Nigeriyalı kişi "Ginnesin Rekordlar Kitabı"na düşmək üçün 7 gün ağlamağa çalışdıqdan sonra müvəqqəti olaraq kor olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bir həftə dayanmadan ağlamağa çalışan Tembu Ebere adlı şəxs başının şiddətli ağrıdığını, gözlərində və üzündə şişkinlik olduğunu bildirərək 45 dəqiqəlik kor olduğunu açıqlayıb.
BBC-nin müxbiri Nduka Orjinmoya açıqlama verən Ebere, rekord cəhdindən əl çəkmədiyini vurğulayaraq, hönkür-hönkür ağlamaqda qərarlı olduğunu açıqlayıb: "Yenə bir strategiya qurmalı və davam etmək üçün nəfəsimi azaltmalı oldum".
Qeyd edək ki, Afrikanın ən sıx məskunlaşdığı Nigeriyada qeyri-adi dözümlülük testləri və rekord cəhdlər çılğınlığa çevrilib. Bir kişi rekordu qırmaq üçün 200 saat mahnı oxuyub, bir qadın çölə çıxmadan evdə qalan ən uzun insan olduğunu iddia edib, Con Obot adlı müəllim isə ədəbiyyat klassikini ucadan oxumaq üçün 140 saat sərf edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB