Belarus prezidenti Aleksandr Lukaşenko xalq milisləri haqqında qanunu imzalayıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri dövlət başçısının mətbuat xidməti yayıb.
Lukaşenkonun ofisindən verilən məlumata görə, sənəd hərbi vəziyyətin təmin edilməsində vətəndaşların könüllü iştirakı üçün hüquqi baza yaradır. Bundan əlavə, o, bütün mülkiyyət formalı əmlakın qorunmasında ərazi daxili işlər orqanlarına kömək göstərilməsi üçün əlavə şərtləri tənzimləyir.
Qanunda xalq milisləri anlayışı müəyyən edilib.
Qeyd edək ki, bundan əvvəl Belarus Rusiya ilə hərbi personalın birgə hazırlanması üçün düşərgələrin yaradılması haqqında sazişi ratifikasiya edib.
Müvafiq qanunu Aleksandr Lukaşenko imzalayıb. Müqavilə Belarus və Rusiya hərbi hissələri əsasında döyüş hazırlığı mərkəzlərinin yaradılması və fəaliyyətini tənzimləyir, həmçinin onların əsas vəzifələrini eləcə də bu məsələ ilə bağlı müdafiə nazirlikləri arasında qarşılıqlı fəaliyyət qaydasını müəyyən edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB