Rusiyalı jurnalist Kseniya Sobçak ona və Marqarita Simonyana qarşı sui-qəsd barədə xəbərlərdən sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə başlayıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, artıq təhlükəsizlik xidmətinin nümayəndələri ilə danışdığını bildirib.
Qeyd edək ki, deyilənlərə ciddi yanaşan Sobçak evinin kandarında əlavə kameralar quraşdıracağını da bildirib.
Xatırladaq ki, daha əvvəl Federal Təhlükəsizlik Xidməti Marqarita Simonyan və Kseniya Sobçaka qarşı sui-qəsdin qarşısının alındığını elan edib.
Qeyd olunur ki, mühafizə xidməti Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi ilə birlikdə guya Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə adı çəkilən şəxslərin qətlinin hazırlanmasının qarşısını alıb.
Yeri gəlmişkən, şənbə günü Moskvanın Basmannı məhkəməsi sui-qəsd cəhdi hazırlamaqda şübhəli bilinən 7 nəfəri həbs edib.
Maraqlıdır ki, həbs edilənlər arasında dörd azyaşlı da var.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB