Rusiyanın Ukraynadakı müharibədə 2445 zabiti ölüb

Rusiyanın Ukraynadakı müharibədə 2445 zabiti ölüb

Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı müharibədə 2445 zabiti ölüb. SİA xəbər verir ki, bu barədə "Ukraina seyças” məlumat yayıb.

Bildirilib ki, müharibə nəticəsində Rusiyanın 5 general-mayoru, 62 polkovniki, 164 polkovnik-leytenantı, 306 mayoru, 437 kapitanı, 712 baş leytenantı, 430 leytenantı, 306 başqa rütbədən olan zabiti zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə