Fransada 80 poçt şöbəsi hələ də fəaliyyətini bərpa etməyib

Fransada 80 poçt şöbəsi hələ də fəaliyyətini bərpa etməyib

Fransada iğtişaşlarda ciddi zərər görən 80 poçt şöbəsi fəaliyyətini bərpa etməyib.

SİA-nın əldə etdiyi məlumata görə, ümumilikdə 370 poçt şöbəsi etiraz aksiyalarında zərər görüb. Onlardan səksəni istifadə üçün tam yararsızdır. Bəzi şöbələrdə bina və içəridəki məktublar yanıb. Ən çox dağıntı Paris, Ruan və Puatyedə baş verib.

Bundan başqa, 1,5 milyon təqaüdçüyə xidmət göstərən 80 bankomat sıradan çıxıb. Onların ödəniş gününə - 6 iyunadək tam təmiri mümkün deyil.

İlkin hesablamalara görə, son 1 həftədə Fransanın poçt xidmətinə 15 milyon avro ziyan vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə