2023-2024-cü tədris ilindən etibarən Əlcəzair universitetlərində ingilis dili fransız dilini əvəz edəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, Əlcəzairin Ali Təhsil Nazirliyi gələn tədris ilindən etibarən universitetlərdə fransız dili əvəzinə ingilis dilinin tədris dili olması üçün hazırlıqlara başlayıb.
Nazirlik bu məsələ ilə bağlı ali təhsil müəssisələri ilə əlaqə saxlamağa və hazırlıq görüşlərinin təşkilinə çağırıb.
Ali Təhsil Nazirliyinin Baş Katibliyi tərəfindən dünən rektorlara göndərilən məktubda, nazir Kamal Bədarinin göstərişinə uyğun olaraq, yay tətilindən əvvəl yığıncaqların keçirilməsi və ingilis dilini yaxşılaşdırmaq üçün pedaqoji qrupların yaradılması tələb olunub.
28 sentyabr 2022-ci il tarixində Nazirlik universitetlərdə ingilis dilini dəstəkləmək və təşviq etmək qərarına gəlib və bununla bağlı işə başlayıb. Əlcəzairdəki universitetlərdə ilk xarici dil olaraq fransız dilinin ingilis dili ilə əvəzlənməsi son illərdə ictimaiyyətdə tez-tez müzakirə edilən məsələlərdəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB