“Vaqner” PMC döyüşçülərinin Belarusa gəlməsi ilə bağlı Polşada yaranan ciddi narahatlıq, ölkənin daxili işlər və administrasiya naziri Mariuş Kaminskini iki ölkə arasındakı sərhədi möhkəmləndirməyə vadar edib.
Qeyd edək ki, SİA bu barədə “RİA Novosti”yə istinad edir.
Beləliklə, Polşa Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, son vaxtlar Belarusdan sərhədi qanunsuz keçməyə cəhdlərin sayı artıb.
Bununla bağlı Belarusla sərhədi əlavə 500 polislə gücləndirilməsi qərara alınıb.
“...Mən terrorla mübarizə və profilaktika bölmələrindən 500 nəfərlik polis zabiti ilə qüvvələrimizin gücləndirilməsini təşkil etmək qərarına gəldim”.
Kaminski Twitter-də yazıb bunu.
İndi Polşa ilə Belarus arasındakı sərhədi 5000 sərhəd mühafizəçisi və Polşa Ordusunun 2000 əsgəri qoruyur. Bundan əvvəl, Polşa prezidenti Anjey Duda Belarusda “Vaqner “PMC qüvvələrinin olması səbəbindən ölkədə fövqəladə vəziyyətin tətbiq edilməyəcəyini bildirib.
Prezidentin sözlərinə görə, Polşada bəzi siyasətçilər payızda keçiriləcək parlament seçkiləri ərəfəsində fövqəladə vəziyyətlə insanları qorxutmağa çalışırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB