İndoneziyada 6.4 bal gücündə zəlzələ olub

İndoneziyada 6.4 bal gücündə zəlzələ olub

İndoneziyanın Yava adasında yerli vaxtla saat 19.58 radələrində 6,4 bal gücündə zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Zəlzələ 25 kilometr dərinlikdə qeydə alınarkən, episentrinin Yoqyakarta Xüsusi Bölgəsinin Bantul şəhəri sahillərində olduğu bildirilib.

Yoqyakarta bölgəsində və Mərkəzi Yava əyalətində onlarla ev, ofis, səhiyyə və təhsil mərkəzlərinə yüngül ziyan dəyib. Həmçinin 1 nəfərin öldüyü, 9 nəfərin yaralandığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə