Ruslar Luqanskda ukraynalı agent qadını həbs ediblər

Ruslar Luqanskda ukraynalı agent qadını həbs ediblər

Bu arada Moskvanın Lefortovo Məhkəməsi Rusiya hərbçilərinin yerləşdirilməsi ilə bağlı məlumat topladığı ehtimal olunan İşçuk familiyalı ukraynalı qadını həbs edərək istintaq təcridxanasına göndərib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Luqanskda Federal Təhlükəsizlik Xidməti tərəfindən həbsə alınan qadının haqqında həbs-qətimkan tədbiri seçmək üçün o, Moskvaya köçürülüb.

Rusiyanın hüquq-mühafizə orqanlarına istinad edən TASS, məhkəmə qərarının hələlik qanuni qüvvəyə minmədiyini və ona görə də bununla bağlı şikayət verilə biləcəyini yazıb.

Rus saytının yazdığına görə, guya həbs edilən qadın İşçukun işində məxfi məlumatlar var, bununla bağlı məhkəmə Federal Təhlükəsizlik Xidmətinin sorğusuna bağlı qapılar arxasında baxıb.

Yenə də rus saytının yazdığına görə, guya İşçuk artıq günahını etiraf edərək, Telegram vasitəsilə Ukrayna kəşfiyyatına məlumat ötürdüyünü bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə