9 May Qələbə Günü daha Moldovada qeyd edilməyəcək?

9 May Qələbə Günü daha Moldovada qeyd edilməyəcək?

Moldova hökuməti 9 May Qələbə Gününün qeyd olunmasının ləğvini təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri iyunun 21-də TASS yayıb.

Moldovada 9 May Qələbə Günü əvəzinə, İkinci Dünya Müharibəsi zamanı həlak olanların şərəfinə 8 Mayda Anma və Barışıq Gününün təsis edilməsinə qərar veriblər.

Beləliklə respublika hökuməti hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatlarının 9 May Qələbə Gününün qeyd edilməsinin ləğvi haqqında qanun layihəsini təsdiqləyiblər.

“Layihə hökumət tərəfindən müsbət qiymətləndirilib”.

Qeyd edək ki, bunu Baş nazir Dorin Recean Nazirlər Kabinetinin iclasında bəyan edib.

O da qeyd olunur ki, Moldova hökumətinin Qələbə Gününün ləğvi ilə bağlı qəbul etdiyi qərar parlamentarilər tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə