Kuleba Londonda Blinkenlə görüşdü

Kuleba Londonda Blinkenlə görüşdü

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba Londonda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə danışıqlar aparıb. SİA xəbər verir ki, müzakirələr zamanı Ukraynanın əks-hücumunun təmin edilməsi məsələsi müzakirə edilib,

ABŞ Dövlət Departamentin mətbuat xidmətindən bildirilib ki, diplomatlar Ukraynanın əks-hücumunu təmin etmək üçün yeni həll yollarını, o cümlədən NATO-nun Vilnüsdə keçirilən sammitində Ukraynanın üzvlüyünün perspektivləri və sülhü dəstəkləyən qlobal koalisiyanın genişləndirilməsi ilə bağlı qərarların hazırlanmasını müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə