Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı, təkcə iyunun 16-17-də ruslara məxsus 12 tankı məhv etdiklərini bəyan ediblər.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, müharibə dövründə məhv edilən rus tanklarının ümumi sayı artıq 4000-ə yaxınlaşır. Qeyd edək ki, bunu Ukrayna tərəfi iddia edir və təbii ki, ruslar "bir az aşağı düş" deyirlər.
Bu arada “1+1” kanalında telemarafonun efirində çıxış edən ukraynalı hərbi ekspert Pavel Narojnı, son 50 ildə hərbi münaqişələr zamanı bu qədər miqdarda texnikanın itirdiklərini xatırlamadığını bildirib.
“On ildir ki, belə bir münaqişə olmayıb. Yadıma gələn tək şey Liviyadır, lakin bu, çox uzun müddət əvvəl olub... Onlar belə miqdarda avadanlıq itirməyiblər”.
Bunu bildirən ekspert, rus silahlarının bu qədər kütləvi şəkildə “daşlanmasına” səbəb kimi Ukrayna Silahlı Qüvvələrinin əlində olan müasir silahları göstərir.
Qeyd edək ki, bu gün rusların döyüşlərə qatdıqları 1970-ci illərdən qalma köhnəlmiş tanklardır. Məsələ bundadır ki, onları müasir döyüş sursatlarından qorumaq mümkün deyil, buna görə də texnika itkisinin bu qədər sürəti var.
Bəs, bizim tanklara çatanı olmaz deyirdilər...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB