Meksikada son istilər nəticəsində 8 nəfər ölüb. SİA xarici mediaya istinadla qeyd edir ki, Meksika mətbuatında yer alan xəbərə görə, ölkənin şimal-qərb və cənub-şərqində mövsüm normalarından bir neçə dərəcə yüksək olan həddindən artıq istilər insan itkisinə səbəb olur.
Səhiyyə Nazirliyi güclü istilər səbəbindən onlarla insanın günvurma şikayəti ilə xəstəxanalara müraciət etdiyini və onlardan 8-nin dünyasını dəyişdiyini bildirib. Xüsusilə Sonora, Veracruz, Quintana Roo və Oaxaca əyalətlərində təsirli olan isti havanın bir neçə gün daha davam edəcəyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB