O gün Putinin mətbuat katibi Dmitri Peskov rusların humanist bir xalq olduğunu, məhz bu mənada da rus əsgərinin insan yaşayan heç bir əraziyə güllə atmadığını deyirdi.
Budur, Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində çərşənbə axşamı gecə Rusiyanın raket zərbəsi zamanı raket beşmərtəbəli yaşayış binasına düşüb. Şəhər hakimiyyətinin son məlumatlarına görə, ölənlərin sayı on nəfərə çatıb, ilkin məlumatlara görə, daha bir nəfər dağıntılar altındadır. 28 nəfər yaralanıb, onlardan 12-si xəstəxanalardadır.
Şəhər administrasiyasının rəhbəri Aleksandr Vilkulun sözlərinə görə, raket zərbəsindən sonra yanğın 700 kvadratmetr ərazini əhatə edib və ev demək olar ki, tamamilə dağılıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, sabah, iyunun 14-ü Krivoy Roqda matəm günü elan edilib. Şəhərdə sənaye müəssisəsi də vurulub - bir neçə yaralının olduğu bildirilir. Ukrayna Energetika Nazirliyinin məlumatına görə, Krivı Roq İstilik Elektrik Stansiyasına ziyan dəyib və nəticədə minlərlə insan müvəqqəti olaraq işıqsız qalıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu əməlini hələ ki, şərh etməyib.
Rus hərbi bloqçuları isə Ukrayna tərəfinin əks-hücum üçün şəhərdə ehtiyatlar toplandığını iddia edirlər.
Bu arada Kiyev şəhər administrasiyası Xəzər dənizi regionundan Rusiyanın qanadlı raketlərinin Ukrayna paytaxtına hücum etdiyini açıqlayıb. Raketlərin hamısının hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu iddia edilir. Tələfat və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.
Xarkov meri İqor Terexov da ötən gecə saatlarında şəhərin iki rayonunun “ Şahed” pilotsuz təyyarələrinin hücumuna məruz qaldığını bildirib. Onun dediyinə görə, mülki infrastruktur obyektlərinə ziyan dəyib.
Ukrayna Baş Qərargahının dünən axşam verdiyi səhər xülasəsinə görə, Rusiya əsgərləri 14 qanadlı raket və 4 “Şahed” pilotsuz təyyarəsi ilə Ukraynaya hücum edib. Departament təsdiqləyib ki, Krivoy Roqda beşmərtəbəli binaya və digər mülki obyektlərə zərbələr endirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB