Pakistanın neft naziri Musadi Malik “Reuters” agentliyinə verdiyi açıqlamasında, Pakistanın Rusiyadan aldığı neftin pulunu yuanla ödədiyini bildirib
SİA-nın əldə etdiyi məlumata görə, lakin o, İslamabadın yanacağın hansı qiymət və endirimlə alındığını açıqlamayıb.
Nazir, bu partiyanın həcminin 100 min ton təşkil etdiyini və bunun da 45 min tonunun artıq Karaçi limanında olduğunu bildirib.
Malikin sözlərinə görə, neft emalı ilə Pakistanın “Refinery Limited” şirkəti məşğul olacaq. Agentlik qeyd edir ki, bundan əvvəl Malik Rusiyada xam neftin alınmasının maliyyə və texniki mümkünlüyünü qiymətləndirmək üçün sınaq kimi partiyanın alınması barədə məlumat verib.
Maraqlıdır ki, Pakistanın energetika naziri Dəstgir Xan Rusiya neftinin ilk partiyasının alınması ilə bağlı məlumatı təsdiqləyərək,.. ödənişin dollarla edildiyini deyib.
Bununla yanaşı o, İslamabadın Moskva ilə yuanla uzunmüddətli neft müqaviləsi bağlamağa hazır olduğunu da bildirib.
Qeyd edək ki, iyunun 12-də Pakistanın baş naziri Şehbaz Şərif, Rusiyanın xam neftinin ilk partiyasının artıq Karaçi limanına gətirildiyini bəyan edib. O, neft yüklərinin endirimlə qəbul edildiyini qeyd edərək, bunu ölkə üçün “əhəmiyyətli gün” adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB